Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda terrorçularla toqquşma zamanı ağır yaralanan piyada mütəxəssis çavuş Murat Nar müalicə aldığı xəstəxanada şəhid olub.
Eurasia Diary Publika.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, şəhid çavuşun cənazəsi bu gün günorta saatlarında Taşköprü mahalında qılınacaq cənazə namazından sonra Çiftkıran kəndində dəfn ediləcək.