“Həmas” hərəkatının silahlı qanadı olan “Əl-Qəssam briqadası” Tel-Əvivə onlarla raket atdıqlarını açıqlayıb.
Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, "Həmas"ın açıqlamasına görə, bununla İsrailin Qəzza zolağında yerləşən qaçqın düşərgəsinə etdiyi hava hücumuna cavab verilib.
Polisin yaydığı məlumata əsasən, iki raket Tel-Əvivin ətrafına düşüb və əraziyə zərər vurub. Polis əməkdaşları hadisə yerində işləyirlər. İlkin məlumatlara görə, zərbələr nəticəsində bir nəfər ölüb.
Bundan əlavə, “Əl-Qəssam briqadası" sərhəd yaxınlığındakı İsrail əsgərlərinə hücum etdiklərini bildirib. Bu məqsədlə partlayıcı vasitə quraşdırılan drondan istifadə olunub.
Qeyd edək ki, İsrailin paytaxtı Tel-Əviv şəhərində Qəzza zolağından endirilən ardıcıl raket hücumları ilə əlaqədar həyəcan siqnalı verilib.