Minaların basdırılması, təmizlənməsi və təsirləri Araşdırma

Münaqişələr 10:53 20.05.2021

Minalardan istifadə mülki və hərbi şəxslər arasında fərq yarada bilmədiyi üçün onun müharibədə istifadəsi mübahisəlidir. Onlar münaqişənin bitməsindən illər sonra da dinc insanlara və iqtisadiyyata zərər verərək təhlükəli vəziyyət yaradır. Bu gün dünyanın 78 ölkəsi minalarla çirklənib və hər il 15.000.000 insan bu partlayıcı qurğuların partlaması nəticəsində ölür və saysız-hesabsız insan şikəst olur. Mina qurbanlarının 80%-i mülki şəxslərdir, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır.

Partlayışların əksəriyyəti sülh dövründə baş verir. Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə təşkil olunan bir sıra təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub, lakin Çin, Rusiya, ABŞ kimi böyük dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb.

Mina torpağın altında gizlədilən və piyadalar, nəqliyyat vasitələri və tanklar üzərindən keçdiyi zaman partlayaraq onları öldürmək, sıradan çıxarmaq və ya məhv etmək üçün hazırlanmış partlayıcı qurğudur. Hədəf qurğunun üzərindən keçərkən tipik olaraq təzyiq səbəbindən avtomatik partlayır, bəzən digər partlama üsullarından da istifadə edilir. Hədəflər minanın birbaşa partlamasından, partlayış nəticəsində ətrafa saçılan qəlpələrdən və ya hər ikisindən zərər görə bilərlər.

Minaların basdırılması

Minalar bir neçə vasitə ilə basıdırla bilər. Əsas istifadə edilən, lakin ən çox əziyyət tələb edən metod mühəndislərin minaları basdırmasıdır, çünki bu minaları praktik olaraq görünməz hala gətirəcək. Minalar xüsusi minabasıran vasitələrlə basıdırıla bilər. Mina səpələyən mərmilər atilleriya silahları ilə bir neçə on kilometrlik məsafədən atəşə tutula bilər.

Minalar helikopterlərdən və ya təyyarələrdən atıla bilər, eyni zamanda kaset tipli sursatlar və ya qanadlı raketlərlə atıla bilər.

Tank əleyhinə minalanmış sahələr əl ilə təmizlənmənin daha çox vaxt aparması üçün piyada əleyhinə minalarla birgə səpələnə bilər, zirehli maşınların minaları təmizləməsinin qarşısını almaq üçün piyada əleyhinə mina sahələrinə tank əleyhinə minalar da basdırılır. Bəzi tank əleyhinə mina növləri də piyadalar tərəfindən aktivləşdirilə bilər, əsas niyyətləri tank əleyhinə silahlar kimi işləmək olsa da, belə minaların ikili məqsədi olur.

Bəzi mina sahələrinin təmizlənməsini daha təhlükəli etmək üçün tələlər quraşdırılır. Bəzi tank əleyhinə minaların altına piyada əleyhinə minalar qoyulur. Çox vaxt tək minanın altına mina təmizləyənləri öldürmək və ya şikəst etmək üçün hazırlanmış ikinci dərəcəli cihaz qoyulur.

Tank əleyhinə minalar nüfuzetmə gücünü artırmaq üçün iki və ya üç dəstə içində basdırılır. Mina basdırıldığından torpaq partlayışın enerjisini tək bir istiqamətə yönəldir.

Digər bir xüsusi istifadə təyyarələrin uçuş-enmə zolağının bombalandıqdan dərhal sonra təmirinin qarşısını almaq və ya çəkindirmək üçün minalanmasıdır. Bəzi kaset tipli bombalar bu funksiyaları özündə birləşdirir. Britaniyalıların JP233 kaset tipli bombaları uçuş-enmə zolağının məhv edilməsi üçün sursatlar və piyada əleyhinə minalar daşıyır. Bombalar piyada əleyhinə minaların qadağan edilməsi nəticəsində Britaniya ordusunun xidmətindən çıxarıldı və mina anbarları 19 oktyabr 1999-cu ildə məhv edildi.

Minaların təmizlənməsi

Metal detektorları ilk dəfə Polşa ordusunun zabiti Cozef Kosacki tərəfindən istifadə edilib, bundan sonra minalardan təmizlənmək üçün istifadə edilən ən etibarlı vasitələrdən birinə çevrilib. Onun ixtirası İkinci Əl-Əlameyn döyüşü zamanı Britaniyalı feldmarşal Bernard Montqomerinin 8-ci ordusuna göndərildi və Almaniya ordusunun basdırdığı minaları təmizləmək üçün istifadə edildi.

Faşistlər partlayıcıları işə salmaq üçün mina sahələri boyunca əsir götürülmüş mülki şəxslərdən istifadə etdilər. Laurens Rees yazır: “1943-cü ildə Belarusun şərq sərhədində Kottbus Əməliyyatı adlı başqa geniş miqyaslı partizan fəaliyyəti keçirən Alman rəsmisi Karl fon Quttberq minaların təmizlənməsi zamanı təxminən 2-3 min yerli xalqın partladıldığını bildirib”.

Minaların yerləşdirilməsi nisbətən ucuz və sadə olduğu halda, onların aşkarlanması və çıxarılması prosesi adətən bahalı, yavaş və təhlükəlidir. Bu, xüsusən də xəritəsi olmayan ərazilərdə minaların xüsusi istifadə edildiyi nizamsız müharibələrə aiddir. Piyada əleyhinə minaların tapılması çətindir, çünki kiçik ölçüsü və çoxunun demək olar ki, tamamilə qeyri-metal materiallardan hazırlanması onların aşkarlanmasını çətinləşdirir.

Heyvanların və robotların istifadəsini əhatə edən hibrid texnikanın inkişaf etdirilməsinə baxmayaraq, əllə təmizlənmə mina sahələrini təmizləmək üçün ən təsirli texnika olaraq qalır. Heyvanlar güclü qoxu duyğusuna görə arzuolunandır, bu da minaları aşkar etmək qabiliyyətindən daha yüksəkdir. Siçovul və it kimi heyvanlar digər metal əşyalarla minaları da fərqləndirə bilər, çünki partlayıcı maddənin özünü aşkar etmək üçün öyrədilə bilərlər.

Digər texnika coğrafi məkan texnologiyalarının istifadəsini əhatə edir. Yeni Cənubi Uels Universiteti və Ohio Dövlət Universitetinin birgə tədqiqatçı qrupu çoxsensorlu inteqrasiyaya əsaslanan sistem inkişaf etdirmək üzərində işləyir.

Minaların basdırılması istəmədən Folklend adalarında müsbət inkişafa səbəb oldu. Folklend müharibəsi dövründə dənizin yaxınlığına yaradılan mina tarlaları onları partlatmaq üçün ağırlığı olmayan pinqvinlərin sevimli yerləri halına gəlib. Buna görə də, insan müdaxiləsi olmadan təhlükəsiz şəkildə partlaya bilərlər. Bu qəribə ziyarətgahlar ekoturizm üçün o qədər populyar və gəlirli olduğunu sübut etdilər ki, minaların çıxarılmasının qarşısını almaq üçün səylər göstərildi.

Beynəlxalq müqavilələr

Minaların istifadəsi mübahisəlidir, çünki mülki və hərbi şəxslər arasında fərq qoymayan silahlardır, bu silahlar əsgərə və mülki şəxsə zərər verir. Qarşıdurma bitdikdən sonra mülki insanları öldürə, yaralaya, torpaqları onillərlə istifadəsiz buraxa bilərlər. Məsələləri daha da pisləşdirmək üçün bir çox ölkə və qruplar minalanmış ərazilərin dəqiq yerlərini qeyd etməyib, xəritələrini hazırlamayıblar, bu da onların təmizlənməsini xüsusilə çətinləşdirir. Bu, insanların işğaldan azad edilən bölgələrə yerləşdirilməsi, kənd təsərrüfatı və turizmə mane olduğu üçün inkişaf etməkdə olan ölkələrdə ciddi çətinliklər yaradır. Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası bu silahların istifadəsini qadağan etmək üçün uğurlu kampaniya aparıb və 1997-ci ildə qeyri-rəsmi olaraq Ottava müqaviləsi olaraq bilinən piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ixracının qadağan edilməsinə dair konvensiyanın imzalanması ilə sona çatıb.




Müqavilə 1 Mart 1999-cu ildə qüvvəyə minib. Müqavilə Kanada, Norveç, Cənubi Afrika və Mozambik liderlərinin 1992-ci ildə başladılan Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası ilə işləməsinin nəticəsi idi. Kampaniya və onun lideri Codi Uilyamsın səylərinə görə 1997-ci ildə Nobel Sülh Mükafatını qazanıb.

Müqavilə tank əleyhinə mina, kasetli bombaları və ya komanda rejimində işləyən M18 “Claymore” tipli piyada əleyhinə minaları əhatə etmir. Müqavilə əsasən adi piyada əleyhinə minalara qarşı yönəlib, çünki bunlar insanlar və heyvanlar üçün yarandıqları gündən etibarən ən uzunmüddətli (qarşıdurmadan sonra) risk yaradır. Bu silahlar tipik olaraq yalnız bir neçə kiloqramlıq hər hansı hərəkət və ya təzyiq ilə partlamaq üçün hazırlanıb, halbuki tank əleyhinə minalar daha çox ağırlığa ehtiyac duyur. Mövcud ehtiyatlar müqaviləni imzaladıqdan sonra dörd il ərzində məhv edilməlidir.

Ottava Müqaviləsini imzalayan tərəflər piyada əleyhinə minalardan istifadə etməyəcəkləri, onları istehsal etməyəcəkləri, almaycaqları və ya satmayacaqları ilə razılaşırlar. 1997-ci ildə 122 dövlət imzalayıb, 2016-cı ilin əvvəlində isə müqaviləyə qoşulan ölkələrin sayı 162-yə çatıb. Çin Xalq Respublikası, Rusiya Federasiyası və Birləşmiş Ştatlar da daxil olmaqla bir çox ölkə hələ də müqaviləyə qoşulmayıb. Qoşulmayan ölkələrdə hələ də on milyonlarla piyada əleyhinə minalar var. ABŞ Koreya silahsızlaşdırılmış zonasını əhatə etmədiyi üçün müqaviləni imzaladığını bildirir.

Müqavilənin 3-cü maddəsi ölkələrə təlim və ya əks tədbirlər inkişaf etdirmək üçün minalar saxlamağa icazə verir. 64 ölkə bu maddədən istifadə edir.

Tamamilə qadağanın alternativi olaraq 10 ölkə Adi Silahlara dair Konvensiyanın 1996-cı il II Protokolunda edilmiş dəyişikliklərdə yer alan qaydalara riayət edir. Bu ölkələr Çin, Finlandiya, Hindistan, İsrail, Mərakeş, Pakistan, Cənubi Koreya və ABŞ-dır. Bu tənzimləməyə riayət edən Şri Lanka 2016-cı ildə Ottava müqaviləsinə qoşulacağını açıqlayıb.

İstehsalçılar

Ottava müqaviləsi qəbul edilməzdən əvvəl “Human Rights Watch” təşkilatı son onilliklərdə 340-dan çox növ piyada əleyhinə mina istehsal edən 48 ölkədə 100-ə yaxın şirkət və dövlət qurumunun olduğunu müəyyənləşdirib. Hər il 50-200 milyon dollar arasında dəyəri olan beş-on milyon mina istehsal olunurdu. Ən böyük istehsalçılar Çin, İtaliya və Sovet İttifaqı idi. İştirak edən şirkətlər arasında “Daimler-Benz”, “Fiat Group”, “Daewoo Group”, RCA və “General Electric” kimi nəhəng şirkətlər var.


2017-ci il tarixindən etibarən “Landmine & Cluster Munition Monitor” təşkilatı “kütləvi şəkildə minalar istehsal edəcək” dörd ölkə müəyyənləşdirib, bunlar Hindistan, Myanma, Pakistan və Cənubi Koreyadır. Digər yeddi ölkə bunları etmək hüququnu özündə saxlayır, lakin istehsal etmirlər, bunlar Çin, Kuba, İran, Şimali Koreya, Rusiya, Sinqapur və Vyetnamdır.

Təsirləri

Dünyada minalarla çirklənmiş milyonlarla hektar ərazi var.

Xəsarət alanlar

“Landmine Monitor” təşkilatı 1999-cu ildən 2017-ci ilədək mina, partlayıcı maddə və partlamamış hərbi sursatların partlaması nəticəsində 120 mindən çox insanın həlak olduğunu bildirib. Təşkilat ildə 1000 nəfərin qeydiyyata alınmadığını təxmin edir. Bütün dövrlər üçün həlak olanların təxmini sayı yarım milyondan çoxdur. 2017-ci ildə ən az 2793 nəfər həlak olub və 4431 nəfər yaralanıb. Ölənlərin 87%-i mülki, 47%-i uşaqlardır (18 yaşdan kiçik). Ən çox itki Əfqanıstanda (2300), Suriyada (1906) və Ukraynada (429) olub.

Ətraf mühit

Təbii fəlakətlər ərazilərin minalardan təmizlənməsi səylərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, 1999 və 2000-ci illərdə Mozambikdə baş verən daşqınlar müharibədən qalan yüz minlərlə minanın aşkarlanmasını mümkünsüz edib.

Torpağın deqradasiyası

Araşdırmaların birində qeyd olunur ki, minaların yaratdığı torpaq deqradasiyasını beş qrupa ayırmaq olar: əraziyə girişin tamamilə məhdudlaşdırılması, biomüxtəlifliyin itirilməsi, mikro relyefin pozulması, kimyəvi tərkibi və məhsuldarlıq. Partlayışın təsirləri aşağıdakılardan asılıdır:

- minaların vahid ərazidə konsentrasiyası;

- minaların kimyəvi tərkibi və toksikliyi;

- torpağın əvvəlki istifadəsi

- təsirlənmiş əhali üçün mövcud olan alternativlər.


Əraziyə girişin tamamilə məhdudlaşdırılması

Minalarla (və ya onlardan qorxmaqla) bağlı ən qabaqcıl ekoloji məsələ həyati mənbələrin əldə edilməsinin tamamilə məhdudlaşdırılmasıdır (burada “əldə etmək” istifadə etmək hüququnu nəzərdə tutur). Tək bir minanın belə mövcudluğu və olma qorxusu kənd təsərrüfatına, su təchizatı və bəlkə də qoruma tədbirlərinə mane ola bilər. Məktəblər və xəstəxanalar kimi əhəmiyyətli strukturların yenidən qurulması və inkişafının təxirə salınması ehtimalı var və əhali sıxlıq və xəstəliklərin yayılma riskini artıraraq şəhər ərazilərinə keçə bilər.

Əraziyə girişin tamamilə məhdudlaşdırılması ətraf mühitə müsbət təsir göstərə bilər. Minalanmış ərazidə bitki və bitki örtüyünün böyümək və bərpa olmaq şansı var. Məsələn, əvvəllər Nikaraquada əkin sahələri meşələrə döndü və minalar yerləşdirildikdən sonra istifadəsiz qaldı. Eynilə, Folklend Adalarındakı Pinqvinlər də mövcud minaları işə salacaq qədər ağır olmadıqları üçün faydalanıblar. Ancaq faydalar yalnız heyvanlar, ağaclar və s. minalar partlatmadıqca davam edə bilər. Əlavə olaraq, uzun müddət boş qalma dövrləri xüsusən də keyfiyyətsiz torpaq sahələrində “məhsuldarlığın azalmasına səbəb ola bilər”.

Bioloji müxtəlifliyin itirilməsi

Minalar partlayışlar və ya minalardan təmizlənmə zamanı bitki örtüyü və vəhşi həyatı məhv etməklə biomüxtəlifliyi təhdid edə bilər. Bu əlavə yük təhlükə altında olan və nəsli kəsilməkdə olan növləri yox olmağa sövq edə bilər. Bunlar, eyni zamanda brakonyerlər tərəfindən nəsli kəsilməkdə olan növləri hədəf almaq üçün istifadə edilib. Qaçqınlar heyvanları yemək üçün ovlayır və yaşayış yerlərini məhv edirlər.

Qəlpələr və ya partlamış minaların yaratdığı aşınma ağacların yavaş ölümünə səbəb ola bilər və odun çürüyən göbələklərin giriş sahələrini təmin edə bilər. Mina əraziləri əkinçilik üçün əlçatan olmadıqda, sakinlər bütün həyatda qalma ehtiyaclarını ödəmək üçün meşələrə üz tuturlar. Bu istismar bioloji müxtəlifliyin itirilməsini daha da artırır.

Kimyəvi çirklənmə

Partlamış və ya çürümüş minaların yaxınlığında torpaqlar xüsusilə ağır metallarla çirklənməyə meyllidir. Həm üzvi, həm də qeyri-üzvi maddələrdən olan partlayıcı maddələrdən istehsal olunan məhsullar böyük ehtimalla “az qalıcı olsa da, uzun müddət qalıcı və zəhərli” olur. Bunlar ya “birbaşa və ya dolayısı ilə içməli su, qida məhsulları olan torpaq, su hövzələri, mikroorqanizmlər və bitkilərə, ya da tənəffüs zamanı” həyata keçirilə bilər.

Zəhərli birləşmələr quru heyvanlarında, balıqlarda və bitkilərdə toplanan su hövzələrinə də yol tapa bilər. Bunlar ölümcül təsiri ilə “insanın fiziki inkişafını əngəlləyən sinir zəhəri kimi” istifadə oluna bilərlər.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Hamısı