Rus sülhməramlıların komandiri general Muardov mayın 24-də işgüzar səfərlə Bakıda idi və bizim üçün ümidverici xəbərlərlə qayıtmayıb.
Eurasia Diary xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
“Səylərə baxmayaarq, o, İlham Əliyevi sərhədlərin demarkasiyası tələbindən geri çəkilməyə və qoşunu Qaragöldən çıxarmağa inandıra bilməyib.
Ona bildiriblər ki, seçkilərə qədər 3-cü sənədi imzalamaqla bağlı Paşinyanla razılaşma var, bu sənədlə hansı xəritə ilə hansı əsasla demarkasiya işlərinin həyata keçiriləcəyi təsbit olunacaq.
Azərbaycan SSRİ xəritəsinə tərəfdardır, Paşinyan razı olmasa, hərbi qüvvəyə əl atmaqla və seçkilərin baş tutmasına imkan verməməklə təhdid edirlər. Muradova birbaşa şəkildə deyilib ki, vəd verib, vədini yerinə yetirməlidir”, - deyə nəşr yazıb.