Qarabağda Ermənistan tərəfindən döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub | Eurasia Diary - ednews.net

1 Avqust,


Qarabağda Ermənistan tərəfindən döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub

Münaqişələr A- A A+

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.

Eurasia Diary xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 23-ü saat 10:30-a təyin edilib.

Cinayət işinə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

 

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...