Co Bayden Yens Stoltenberqlə görüşüb | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Co Bayden Yens Stoltenberqlə görüşüb

Münaqişələr A- A A+

ABŞ prezidenti Co Bayden NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

Eurasia Diary-nin xəbərinə görə, görüş ABŞ prezidentinin Brüsselə səfəri çərçivəsində baş tutub.

Görüş zamanı NATO baş katibi bu günkü sammitdə müzakirə olunacaq mövzuları qeyd edib.

Prezident Bayden isə Yens Stoltenberqə hərbi bloka uğurlu liderliyi üçün təşəkkür edib.

"NATO çox vacibdir. Bu, həm müttəfiqlərin təhlükəsizliyi, həm ABŞ-ın maraqları üçün həyati əhəmiyyətlidir. Bilin ki, ABŞ həmişə oradadır", Bayden vurğulayıb.

ABŞ prezidenti NATO-nun büdcəsinin artırılması ilə bağlı qərarı yüksək qiymətləndirdiyini deyib.

Qeyd edək ki, bu gün Brüsseldə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...