Türkiyədə FETÖ ilə bağlı daha bir əməliyyat | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Türkiyədə FETÖ ilə bağlı daha bir əməliyyat

Münaqişələr A- A A+

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.

Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, mərkəzi İstanbul olmaqla ölkənin 17 vilayətində paralel keçirilən əməliyyat nəticəsində barəsində həbs qətimkan tədbiri seçilmiş 52 hərbçidən böyük əksəriyyəti saxlanılıb. Onların altısı hazırda TSK daxilində fəaliyyətdə olan hərbçilərdir.

Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...