Pakistanda terrorçularla atışma nəticəsində 5 nəfər əsgər şəhid olub.
Eurasia Diary xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, terrorçular Bəlucistan əyalətinin Sibi bölgəsinədəki təhlükəsizlik qüvvələrinə hücum edib.
Atışma zamanı çoxlu sayda terrorçunun məhv edildiyi bildirilib.