Taliban Tacikistanla sərhədə demək olar ki, tam nəzarət edir. İŞİD və Əl-Qaidə başda olmaqla, çox sayda beynəlxalq terror təşkilatı mövqelərini gücləndirir. Əfqanıstanın şimal bölgələri sürətlə yeni qaynar nöqtələrə çevrilir.
Eurasia Diary xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında danışıb.
Rudenko bildirib ki, Orta Asiyadan bu təşkilatlara yeni üzvlərin qəbulu prosesi aktiv olaraq davam edir. Əfqanıstandakı son proseslər və risklər ABŞ-ın ölkədən tələsik çıxması ilə əlaqəlidir.