Ordumuzun cavab zərbəsi - Erməni hərbçi başından vuruldu | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Ordumuzun cavab zərbəsi - Erməni hərbçi başından vuruldu

Münaqişələr A- A A+

Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı üzə çıxıb.

Eurasia Diary Modern.az-a istinadən xəbər verir ki, düşmən tərəfi ötən gün Basarkeçər rayonu ərazisində 3 hərbi qulluqçusunun yaralandığını, lakin onların həyatı üçün heç bir təhlükə olmadığını bildirmişdi.

Amma “Azataqrum” hərəkatının sədri, jurnalist Mika Badalyan yaralı hərbçilərdən birinin durumunun kritik olduğunu açıqlayıb.

“Bizdə olan məlumata görə, yaralı hərbçilərdən ikisi Akunk kəndindəndir. Onların yaraları yüngüldür. Amma Razdan şəhərindən olan hərbçimizin vəziyyəti kritikdir. O hazırda Vardenisdə (Basarkeçər) əməliyyat olunur”.

Erməni hərbçinin başından güllə yarası aldığı bildirilir.

Xatırladaq ki, ötən gün Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...