Zakir Həsənov Türkiyə müdafiə naziri və Baş Qərargah rəisinə başsağlığı verib | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


Zakir Həsənov Türkiyə müdafiə naziri və Baş Qərargah rəisinə başsağlığı verib

Münaqişələr A- A A+

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Eurasia Diary-nin məlumatına görə,başsağlığında deyilir:

“Fərat Qalxanı” antiterror əməliyyatının aparıldığı bölgədə qardaş Türkiyə Silahlı Qüvvələrinə qarşı edilmiş xain terror hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olanlara uca Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...