Xəbər verdyimiz kimi Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.
Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.
Eurasia Diary xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti döyüşlərlə bağlı açıqlama verib.
Açıqlamada 3 erməni hərbi qulluqçusunun ordumuz tərəfindən məhv edildiyi, 2-sinin isə ağır yaralandığı qeyd edilib.