Türkiyənin Mardin Polis İdarəsi tərəfindən PKK terror təşkilatının üzvü olan şəxs saxlanıb.
EDNews.net xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, dünən axşam saatlarında Mardin-Kızıltepe yolunda aparılan əməliyyat zamanı şübhəli şəxs qismində avtomobil sürücüsü saxlanılıb.
Avtomobildə aparılan axtarışda telefonla idarə oluna biləcək 2 kiloqrama yaxın partlayıcı aşkarlanıb.
Şübhəli şəxs Mardin Polis İdarəsinə aparılıb.