ABŞ Kabildəki səhvini etiraf etdi və üzr istədi | Eurasia Diary - ednews.net

17 Oktyabr,

ABŞ Kabildəki səhvini etiraf etdi və üzr istədi

Münaqişələr A- A A+

ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 29-da Əfqanıstanın paytaxtı Kabil şəhərində İŞİD terror təşkilatına qarşı pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirilərkən yanlışlığa yol verildiyini etiraf edib.

EDNews.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə CENTCOM komandanı general Kennet Makkenzi məlumat verib.

General yanlış əməliyyatı “faciəvi səhv” adlandıraraq bütün məsuliyyəti öz üzərinə götürüb və üzr istəyib. O bildirib ki, əməliyyatdan 48 saat öncə aldıqları kəşfiyyat məlumatı onları səhv istiqamətə yönləndirib.

Pentaqon zərbə nəticəsində ölənlərin yaxınlarına təzminat ödənişlərinin mümkünlüyünü araşdırır.

Qeyd edək ki, Kabilə PUA ilə endirilən zərbə nəticəsində 7-si uşaq olmaqla 10 mülki şəxs həlak olmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...