Dünən 21: 00-da Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistral yoldan çıxıblar və Azərbaycanın nəzarətində olan əraziyə daxil olublar.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FTX əməkdaşları onların aşkarlanması üçün müvafiq işlər görür. Qeyd olunur ki, insident ilə bağlı əlavə məlumat veriləcək.