Qazax sakini Ermənistanla sərhəddə minaya düşərək həlak olub | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Qazax sakini Ermənistanla sərhəddə minaya düşərək həlak olub

Münaqişələr A- A A+

Qazax rayonu, Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Mərdanov Məmməd minaya düşərək ölüb.

EDNews.net-in APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Bala Cəfərli kəndində baş verib.

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov faktı təsdiq edib.

Hadisə o, traktorla yer əkən zaman olub. O, hadisə yerində dünyasını dəyişib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...