Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının rəhbər şəxslərindən biri olan Engin Karaaslanı zərərsizləşdirib.
EDNews.net APA-ya istinadən xəbər verir ki, “İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarışda olan “Haydar Varto” kod adlı Engin Karaaslan Suriyanın Kamışlı bölgəsində əməliyyat zamanı məhv edilib.
Qeyd edək ki, terror təşkilatının “mərkəzi komitə üzvü” olmuş Engin Karaaslan 2000-ci illərdə PKK-nın Ermənistan üzrə nümayəndəsini vəzifəsini icra edib.