Müharibə başlandı - “Bayraqdar” Donbasda ilk zərbəsini endirdi - VİDEO - ednews.net

3 Dekabr, Cümə

Müharibə başlandı - “Bayraqdar” Donbasda ilk zərbəsini endirdi - VİDEO

Münaqişələr A- A A+

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Bayraqdar” PUA-sından Donbasda zərbə endirildiyi xəbərini təsdiqləyib.

EDNews.net xəbər verir ki, Baş Qərargah PUA-nın düşmənin topunu məhv etdiyini açıqlayıb və videosunu yayıb.

“Bu gün, 26 oktyabr 2021-ci ildə baş komandan general-leytenant Valeri Zalujnının əmri ilə ilk dəfə “Bayraqdar” PUA-sından döyüş məqsədilə istifadə edilib”, - məlumatda vurğulanıb.

Qeyd edilir ki, D-30 habitsasından Qranitnoe qəsəbəsi yaxınlığında hərbçilərə atış açılıb, nəticədə bir həbrçi ölüb, biri isə yaralanıb.

Ukrayna ordusu atəşin kəsilməsi üçün çağırış etsə də, qarşı tərəf susmayıb. Bundan sonra “Bayraqdar” havaya qaldırılıb və haubitsa məhv edilib.

Qeyd edək ki, bundan öncə məlumat və videonu ukraynalı könüllüyə istinadla Ukraynanın Senzor.net saytının baş redaktoru Yuri Butusov yaymışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...