Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ - ednews.net

2 Dekabr, Cümə axşamı

Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ

Münaqişələr A- A A+

Suriyanın Latakiya bölgəsində yerləşən Cəbel ət-Türkmən şəhərində 6 azərbaycanlı döyüşçü öldürülüb.

EDNews.net xəbər verir ki, “Cundulla” qruplaşmasının tərkibində döyüşən azərbaycanlılar “Əl Qaidə”yə bağlı “Hayat Təhrir əş-Şam” qruplaşması ilə döyüşlərdə həyatlarını itiriblər.

“Cundulla”nın azərbaycanlı komandiri Əbu Hənifə əl-Azəri də öldürülənlər arasındadır.

“Hayat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani ilə əldə olunmuş razılaşmaya görə, “Cundulla” qruplaşmasının sağ qalan üzvləri Cəbel ət-Türkmən şəhərini tərk edəcək və İdlib vilayətinə qayıdacaq.

Öldürülən azərbaycanlıların adları hələlik açıqlanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...