General Əfqan Nağıyev döyüşlərlə bağlı ŞOK detalları açıqladı - VİDEO - ednews.net

21 Yanvar, Cümə

General Əfqan Nağıyev döyüşlərlə bağlı ŞOK detalları açıqladı - VİDEO

Münaqişələr A- A A+

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev Vətən Müharibəsi zamanı ermənilərə məxsus hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması zamanı istifadə olunan hərbi taktiki gediş barədə danışıb.

EDNews.net BAKU.WS-ə istinadən xəbər verir ki, general-leytenant İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti" sənədli filmində "An-2" təyyarələrinin müharibə vaxtı oyandığı vacib roldan bəhs edib:

"Sentyabr ayının 27-də 20 "An-2" təyyarəsi havaya qalxmış və cəbhə istiqamətində göndərilmişdi. Modernləşmiş "An-2" təyyarələri pilotsuz uçuş aparatı qismində düşmənin hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrinin aşkar edilməsi məqsədi daşıyırdı.

Düşmən məcburiyyət qarşısında birinci müdafiə xəttinə səfərbər etdiyi bütün hava hücumundan müdafiə vasitələrini açmağa məcbur oldu".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...