Rusiya sülhməramlılarının fəaliyyəti - Komitələrdən Xocalıya, Permyakovdan Mirzoyanadək - ednews.net

5 Dekabr,

Rusiya sülhməramlılarının fəaliyyəti - Komitələrdən Xocalıya, Permyakovdan Mirzoyanadək

Münaqişələr A- A A+

Rusiya işğal olunandan Qafqazda yazılı qanunlara əməl etmir. Onlar müvəqqəti və ya uzunmüddətli nəzarət altında saxladıqları əraziləri yazılmamış qanunlarla idarə etməyə çalışırlar. Bu zaman beynəlxalq hüquq normaları və ərazisində olduqları dövlətin qanunlarına əhəmiyyət belə vermirlər.

Deməli, noyabrın 13-də Azərbaycanın Şuşa rayonunun Daşaltı kəndində azərbaycanlı və rus hərbçilərin olduğu posta 1975-ci il təvəllüdlü Norayr Mirzoyanın qumbara atması nəticəsində 3 azərbaycanlı əsgər yaralanıb. Rusiyalı sülhməramlılar terrorçunu tutsalar da, sonradan sərbəst buraxıblar, yaxud ermənilərə təhvil veriblər. Rusiyanın belə davranışı heç şübhəsiz ciddi qanun pozuntusu sayılır. Çünki hadisə Şuşada baş verdiyindən və xəsarət alan da azərbaycanlı hərbçiləri olduğundan Norayr Mirzoyanın da Azərbaycanda mühakiməsi daha məntiqli olardı. Ancaq Rusiya özünü vəziyyətin sahibi kimi apararaq razılaşmaları pozdu.

Əslində, bu hadisə 2015-ci il yanvarın 12-də Rusiya hərbçisinin Ermənistanda törətdiyi bir cinayəti yada salır. Həmin gün Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi Valeri Permyakov Avetisyan soyadlı erməni ailəsinin biri 2 yaşlı olmaqla, 6 üzvünü avtomat silahla güllələyərək qətlə yetirmiş, 6 aylıq körpəni isə yaralamışdı. Bir müddət sonra 6 aylıq körpə də öldü. Onda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin məsələ ilə bağlı İrəvana səfər edərək Ermənistanın o vaxtkı Prezidenti Serj Sarkisyanla görüşdən sonra demişdi ki, Valeri Permyakovun məhkəməsi Ermənistanda açıq şəkildə keçiriləcək: "Bu, tərəflərin ədalətli məhkəmə keçirmək cəhdinə nümunə olacaq". Onda Rusiya bu hadisənin siyasiləşməsindən narahat idi. Bu baxımdan rəsmi İrəvan 2 yaşlı və 6 aylıq iki uşağın qanın üzərindən alver etdilər.

Yeri gəlmişkən, bu, Rusiya hərbçilərinin Ermənistanda ilk cinayəti deyildi. 1999-cu ildə Ermənistandakı Rusiya hərbçiləri Denis Popov və Aleksandr Kamenev şəhər bazarı yaxınlığında odlu silahdan atəş açıblar. Həmin hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Gümrü məhkəməsi A.Kamenevi 15, Denis Popovu isə 14 il müddətinə azadlıqdan məhrum edib. Onda D.Popov cəzasının 2 ilini, A.Kamenev isə 11 ilini Ermənistanda çəkdikdən sonra Rusiyaya qayıdıblar. Popovun cəzasının qalan müddətini harada çəkdiyi məlum deyil. Ermənistan KİV-inin məlumatına görə, o, Rusiyada yüksək vəzifəlilərdən birinin qohumudur. V.Permyakov da 2016-cı il avqustun 23-də Ermənistanın Şirak vilayətinin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum olunmuşdu. Rəsmi İrəvan rusiyalı qatil-hərbçinin cəzasının Ermənistanda çəkməsinə çalışsa da, heç bir nəticə əldə olunmadı. İki ölə arasında imzalanan Moskva konvensiyasına əsasən, Permyakov Rusiyaya təhvil verilmişdi. Ancaq indiyədək Permyakovun cəzasını çəkdiyi yer məlum deyil. Ermənistanda cinayət törətdikdən sonra Rusiyaya təhvil verilən o biri hərbçilər kimi Permyakovla bağlı hadisə də belə ört-basdır edildi. Rusiyanın Ermənistana qarşı bu kimi saymazyana addımları qarşı tərəfin ictimaiyyətində narazılığa səbəb olur. Ötən ay İrəvanda Rusiyaya qarşı məşəlli etiraz yürüşü keçirilib. Rusiya belə davranışı ilə müstəmləkə siyasətini yada salır. Bu, Böyük Britaniyanın ötən əsrlərdə Hindistanda yürütdüyü siyasəti xatırladır.

Son olaraq, keçmiş SSRİ dövründə Moskva Azərbaycan ərazisində komitə yaratmaqla erməni separatizminə və onların silahlanmasına yardım etməsi yaddan çıxmayıb. 1989-cu il dekabrın 6-da keçmiş Azərbaycan SSR Ali Soveti tərəfindən Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsi yaradılmış, ona Mərkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko sədr təyin edilmişdi. 1989-cu il yanvarın 12-də isə keçmiş SSRİ Ali Sovetinin Rəyasət Heyəti “DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi” ilə əlaqədar olaraq və baş verənlərin qarşısını almaq adı altında bölgədə vəziyyəti sabitləşdirmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusunu saxladı. Eyni zamanda vilayətdə xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman imzalandı. Həmin fərmanla DQMV-də birbaşa Moskvaya, keçmiş SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Komitəyə Arkadi Volski sədrlik edirdi. Bu komitələr Azərbaycan torpaqlarının işğalına, ermənilərin silahlanmasına, Xocalı və Azərbaycanın başqa rayonlarında soyqırımının törədilməsinə yardım etdi. Sülhməramlı adı altında Qarabağa yerləşdirilən Rusiyanın 366-cı motoatıcı alayının Xocalı soyqırımında iştirakı da danılmazıdır. Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlılarının tutduqdan sonra terrorçu Mirzoyanı ermənilərə təhvil verməsi bir çox onların mandatlarına uyğun davranmadıqları ehtmalını artırır. Rusiyalı hərbçilərin Ermənistanda “qəhrəman” elan olunan bu terrorçunu ermənilərə təhvil verməsi Volski və Polyaniçko komitələrinin fəaliyyətini, 366-cı alayın əməllərini, lap elə uşaq qatili Permyakovun Rusiyaya aprılmasını xatırladır.

 

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...