Erməni ziyalısından Paşinyana: - Azərbaycan haqlı olaraq Qarabağ təxribatına cavab kimi müharibə elan edə bilərdi - VİDEO - ednews.net

1 Dekabr, Çərşənbə

Erməni ziyalısından Paşinyana: - Azərbaycan haqlı olaraq Qarabağ təxribatına cavab kimi müharibə elan edə bilərdi - VİDEO

Münaqişələr A- A A+

Ermənistanda az da olsa sağlam düşüncəyə malik insanlar var. Bəli, erməni və sağlam düşüncə sözləri nə qədər bir-birinə zidd olsa da, bu, belədir! Onlar hadisələrə uydurulmuş deyil, sağlam prizmadan yanaşırlar. Onlar azdır, amma var!  

Onlardan biri – həkim, erməni yazıçı-publisist Levon Drnoyan Ermənistanı və onun rəhbərliyini təxribatlar törətməkdə ittiham edib. EDNews.net-in məlumatına görə, Ermənistanın mamul.am nəşri yazır ki, Dronyan bu barədə öz Facebook səhifəsində yazıb.

Levon Drnoyan soydaşlarına müraciət etdiyi yazını “erməni emosionallığı olmadan” oxumağı xahiş etməklə başlayıb.

“Aramızda elə birisi olmalıdır ki, faktları olduğu kimi danışsın. İcazə verin, erməni mədəni mühitində yaşayan bu şəxs məhz mən olum. Erməni atalar sözündə deyildiyi kimi: “Mən sənin evində sənə qulluq edəcəm”.

Mən isə sizə demək istəyirəm: “Erməni xalqı, siz özünüzü aldadırsınız”. Bir məqama toxunacağam.

Son xəbərlərə görə, Ermənistanın müdafiə naziri noyabrın 7-8-də Qarabağa səfər edib və bundan sonra Silahlı Qüvvələrin bölmələri ilə bağlı açıqlama verib. Baş nazirə deyirəm: “Baş nazir, siz etdiklərinizin mahiyyətini başa düşürsünüz? Bunu etməzdən əvvəl beynəlxalq hüququ öyrənmisinizmi? Siz suveren dövlətin başçısı olaraq hökumətinizin nazirinizi de-yure başqa bir suveren ölkənin ərazisinə göndərmisiniz ki, sizə tabe olan silahlı birləşmələrə göstəriş versin. Buna yoxlama deyilir, elə deyil? Və taleyin ironiyasına baxın ki, müdafiə naziri müharibədə təslim olandan düz bir il sonra qoşunlara göstəriş verir. Baş nazir, müdafiə nazirinin bu səfəri ilə dünyaya və düşmənə nə dediyinizi başa düşürsünüzmü?

Baş nazir, siz müdafiə nazirinə məğlubiyyətin ildönümündə Qarabağa səfər etməyi tapşıraraq, təsiredici agentin nəzarəti altında olan təxribatçı kimi çıxış etdiniz. Burada Rusiyanın imperiya “müttəfiq” eyhamını hiss etmək olar. Rusiya imperiya yumoru isə tükənməzdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin general-təlimatçısı sizə, Ermənistanın baş nazirinə təslim olma gününü belə qeyd etməyi əmr edir. Və cinayətə, dövlətə xəyanətə sövq edir. Axı Azərbaycan sizin bu addımınıza müharibə elan etməklə cavab verə bilərdi. Və beynəlxalq hüquq onun tərəfində olardı.

Siz beynəlxalq hüquq normalarını kobud şəkildə pozmusunuz. Parlamentdə dinləmələr keçirilməli, dövlət orqanları hüquqi prosesləri başlatmalıdır. Yalnız bu zaman öz dövlətinin məntiqsiz təxribatından sonra özünü aldadan erməni xalqı düşünəcək.

Baş nazir, Ermənistan ətrafında ciddi fors-major vəziyyət yaşanır. Bu gözlənilən idi. Fors-major addımlar atılmalıdır. Buradan müharibə iyi gəlir, baş nazir”, – publisistin erməni xalqına müraciətində deyilir.

Caliber.Az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...