Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda minaya düşüb.
Bu barədə EDNews.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.
***
Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.
Bu barədə EDNews.net-ə DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.
E.Zahidov bildirib ki, hadisə rayonun Şükürbəyli kəndində qeydə alınıb.
Hadisə zamanı Daxili Qoşunların Füzuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.
Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.