Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış olub.
EDNews.net-in “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə məktəb yaxınlığında baş verib.
Yerli kanallar partlayış nəticəsində bir neçə şəxsin xəsarət aldığını bildirir.
Şahidlərin sözlərinə görə isə, azı beş nəfər həlak olub, o cümlədən “Taliban” üzvləri də zərər görüb.