Xocavənddə zərərsizləşdirilən erməninin meyiti təhvil verildi - ednews.net

29 Yanvar, Şənbə

Xocavənddə zərərsizləşdirilən erməninin meyiti təhvil verildi

Münaqişələr A- A A+

Azərbaycan dekabrın 3-də Xocavənd rayonunda Azərbaycan əsgərinə hücum edən Seyran Sarkisyanın meyitini Ermənistan tərəfinə təhvil verib.

EDNews.net xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilir ki, meyitin təhvil verilməsi Qırmızı Bazar qəsəbəsi yaxınlığında baş tutub.

Xatırladaq ki, Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...