Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq etdi - Bölgədən uzaqlaşın, müharibə gözlənilir... - ednews.net

17 Yanvar, Bazar ertəsi

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq etdi - Bölgədən uzaqlaşın, müharibə gözlənilir...

Münaqişələr A- A A+

ABŞ Dövlət Departamenti bu ölkə vətəndaşlarına xəbərdarlıq edərək onları Ukraynaya səyahətdən çəkinməyə və Donbass münaqişəsi bölgəsindən uzaq durmağa çağırıb. Dövlət Departamenti bu xəbərdarlığı Rusiyanın Ukraynaya qarşı irimiqyaslı müharibəyə hazırlaşdığı ilə əsaslandırıb.

“ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyata hazırlaşdığı yönündəki xəbərləri bilməlidir. ABŞ vətəndaşları  xüsusən Ukrayna sərhədləri boyunca, Rusiyanın işğal etdiyi Krımda və Rusiyanın nəzarətindəki şərqi Ukrayna vilayətlərində təhlükəsizlik şərtlərinin çox riskli olduğunu nəzərə almalıdır”,-xəbərdarlıqda deyilir.

Dövlət Departamenti əlavə edir ki, ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlayacağı halda Birləşmiş Ştatların Kiyevdəki səfirliyinin konsulluq xidmətləri göstərmək imkanlarına ciddi şəkildə təsir edəcəyini də nəzərə almalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...