İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir - Zakir Həsənov - ednews.net

17 Yanvar, Bazar ertəsi

İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir - Zakir Həsənov

Münaqişələr A- A A+

“Vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək. Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik zaman kəsiyini - işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq”.

EDNews.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər - Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək:

“Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı. Qarabağ Azərbaycandır!”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...