Qırğızıstanla Tacikistan atəşkəs barədə razılığa gəliblər - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Qırğızıstanla Tacikistan atəşkəs barədə razılığa gəliblər

Münaqişələr A- A A+

Qırğızıstan və Tacikistan rəsmiləri atəşkəs və sərhəd münaqişəsi baş verən əraziyə yerləşdirilən əlavə qüvvələrin çıxarılması barədə razılığa gəliblər.

Ednews xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.  

“Tam atəşkəsin bərpası, tərəflərin hər birinin sərhədə cəlb etdiyi əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə qaytarılması, Batken-İsfanə magistral yolu ilə hərəkətin açılması, habelə birgə patrul xidməti haqqında razılıq əldə olunub. Münaqişənin qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşları sərhədyanı ərazilərə yerləşdirilib”, - məlumatda deyilir.

Sərhəd Xidmətinin məlumatına görə, görüş zamanı iki ölkənin nümayəndə heyətləri iki dövlətin sərhədçiləri arasında münaqişənin başladığı Tort-Koço bölgəsinə də baş çəkiblər.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...