Ukraynanın Xerson vilayətinin Çernobayevka aerodromunda 30-dan çox Rusiya helikopteri məhv edilib.
Ednews-un xəbərinə görə, bu barədə Ukrayna Dəniz Piyadaları Komandanlığının “Facebook” hesabındakı paylaşımında qeyd olunub.
Bildirilib ki, gecə əməliyyatı zamanı Ukrayna hərbçiləri ərazidəki uçuş vasitələri ilə yanaşı çox sayda canlı qüvvə və digər texniki vasitələri də sıradan çıxarıb.
Əlavə olunub ki, ötən gün Nikolayevə yaxınlaşan düşmənin 3 kolonu məhv edən Ukrayna döyüşçüləri böyük miqdarda hərbi qənimət ələ keçiriblər. Qənimətlər arasında nəqliyyat vasitələrinin, eləcə də 7 ədəd D-20 topunun olduğu bildirilib.