NATO-nun Baş katibi Yens Stoltenberq növbəti dəfə Rusiyanı Ukraynaya qarşı təcavüzü dayandırmağa çağırıb.
Ednews UNİNA-a istinadən xəbər verir ki, o, NATO qoşunlarının hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb:
“Rusiyada anlaşılmazlıq olmasın deyə bildirək ki, 130 təyyarəmiz, uzaq şimaldan Aralıq dənizinədək 200-dən çox gəmimiz, minlərlə əlavə qoşunumuz yüksək hazırlıq vəziyyətindədir”.
Y.Stoltenberq əlavə edib ki, NATO-nun məsuliyyəti gərginliyin və münaqişənin Ukrayna sərhədlərini aşmasının qarşısını almaqdan ibarətdir.