"Ukraynada yolların dağıdılması humanitar yardımın çatdırılmasını çətinləşdirir" - Britaniya kəşfiyyatı - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

"Ukraynada yolların dağıdılması humanitar yardımın çatdırılmasını çətinləşdirir" - Britaniya kəşfiyyatı

Münaqişələr A- A A+

“Ukraynanın münaqişə bölgələrində yol infrastrukturuna ciddi ziyan dəyib. Rusiya qoşunları Ukraynanın şimalından geri çəkilərkən körpüləri dağıtmaqla, minalardan istifadə etməklə və nəqliyyat vasitələrini əsas marşrutlar boyunca tərk etməklə vəziyyəti daha da pisləşdiriblər”.

Ednews Report-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Çerniqovda və onun ətrafında çay keçidlərinin dağıdılması şəhərin özündə Desna çayı üzərindən yalnız bir piyada körpüsü qoyub. Müharibədən əvvəl şəhərin təxminən 285 000 sakini var idi.

Ukraynanın nəqliyyat infrastrukturunun zədələnməsi indi əvvəllər Rusiya tərəfindən mühasirəyə alınmış ərazilərə humanitar yardımın çatdırılmasında ciddi problem yaradır”, - məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...