İrəvanda müxalifətin mitinqi başlayıb.
Ednews erməni mətbuatına istinadən xəbər verir ki, etirazçılar müxalifətin mitinq keçirəcəyi Fransa meydanına axışır.
Onların arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryan da var. Bu arada polis hökumət binasını mühasirəyə alıb.
İndi minlərlə ölkə vətəndaşı Fransa meydanına toplaşır, vətənpərvərlik mahnıları səslənir, gənclər hökumət əleyhinə şüarlar səsləndirirlər.