Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.
Ednews UNİAN-a istinadən xəbər verir ki, raket hücumu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 3-ü uşaq olmaqla daha 30 nəfərin yaralandığını bildirib.
Dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfər xilas edilib.