Ukraynaya “Bayraktar” alınması üçün vəsait toplanılır - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Ukraynaya “Bayraktar” alınması üçün vəsait toplanılır

Münaqişələr A- A A+

Latviya sakinləri ölkənin Müdafiə Nazirliyinin və “Ziedot.lv” xeyriyyə təşkilatının dəstəyi ilə Ukraynaya verilməsi məqsədilə Türkiyədən “Bayraktar TB2” döyüş pilotsuz uçuş aparatının alınması üçün vəsait toplamağa başlayıblar.

Ednews xəbər verir ki, bu barədə Latviyanın radio və televiziya portalı məlumat yayıb.

Xeyriyyə təşkilatının rəhbəri Ruta Dimante bildirib ki, onlar konkret ehtiyaclar üçün ianə toplamaq məqsədilə Ukraynanın fikrinə qulaq asıblar.

“Böyük məbləğdə ianə verməyə ehtiyac yoxdur. Biz çoxuq – ölkəmizdə təxminən 700-800 min əmək qabiliyyətli insan var. Hər kəs 5 və ya 10 avro ianə versə, məqsədə çox tez çata bilərik”, - o deyib. R.Dimante bir pilotsuz uçuş aparatının hərbi əməliyyatların nəticəsini həll edə bilməyəcəyini, lakin bu yolla Ukraynaya dəstək olduqlarını göstərəcəklərini, Ukraynanın da bunu hiss edəcəyini vurğulayıb.

Qeyd olunur ki, təşəbbüsün müəllifləri latviyalı musiqiçi Ralf Eylands və ukraynalı jurnalist Volodimir Biryukovdur.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...