Ukraynanın mərkəzində Müstəqillik Günü qeyd edilərkən qatar stansiyasına raket hücumu nəticəsində 22 nəfər həlak olub.
Ednews xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Vladimir Zelenski verib.
Xatırladaq ki, Ukrayna lideri Rusiyanın bu cür qəddarlığa əl atacağını öncədən xəbərdar edib. Belə ki, BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, ölümcül hücum mərkəzi Dnepropetrovsk vilayətinin Çaplin qəsəbəsinə edilib.
Qeyd edək ki, Ukrayna 1991-ci ildə Sovet İttifaqından ayrılaraq özünü müstəqi dövlət olaraq elan edib. Müharibənin gedişi ərəfəsində Rusiya qüvvələrinin bu cəhdi 2022-ci ilin Ukraynaya qarşı ən amansız terror cəhdi hesab edilir.
Elnur Ənvəroğlu