Yunanıstan kəşfiyyat missiyasını yerinə yetirən türk təyyarəsinə S-300 sistemindən raket atıb
Ednews “CNN Türk” telekanalına istinadən xəbər verir ki, bu informasiyanı Türkiyə Müdafiə Nazirliyindəki mənbə yayıb.
Hadisənin avqust ayında baş verdiyi bildirilir.
“Rodosun 10 000 fut qərbində kəşfiyyat aparan növbətçi F-16 Türk təyyarələri Yunanıstan tərəfindən Krit adasında yerləşdirilən Rusiyanın S-300 hava hücumundan müdafiə sistemindən hücuma məruz qalıb”, - deyə qeyd edilir.
Mənbə hadisənin sonrakı gedişatı haqda bilgi vermir.