Erməni milyarder Azərbaycan ərazilərinə qanunsuz səfəri azmış kimi, oradakı təxribatçı planlarını da bəyan edir...

Münaqişələr 16:25 06.09.2022

Hazırda Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparılır. Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan Qarabağdakı ərazilərimizə qanunsuz  səfər edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan sentyabrən 1-də öz telegram-kanalında yayımladığı və Xocavənddəki 2 mindən çox yaşı olduğu deyilən nəhəng çinarın fonunda olan video-müraciətdə Rusiya vətəndaşlığından imtina edərək, Qarabağdakı hayklara köməyə gəldiyini bildirib. O,  Qarabağda, yəni Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində "Artsax təhlükəsizlik və inkişaf fondu"nu yaratdığını əlavə edərək bütün dünya haylarını “Artsax xalqı”na köməyə çağırıb.

Bütün bunlar azmış kimi xam xəyallarından danışan “qəhraman” dünən - sentyabrın 5-də  dünyaca məşhur "Forbes” biznes jurnalına müsahibə də verib.

Hər zaman yalanlar üzərinə qurduqları “dünyalarında” yaşayan və məkrli planlarlndan əl çəkməyən soyköklərindən bixəbərlərin “ağıllı” nümayəndəsi zəfərlə taclandırılan və ədalətin bərqərar olduğu 44 günlük Vətən Müharibəsini çox tez unudaraq hətta Qarabağdakı "planları və vəzifələri haqqında" bəzi məqamları açıqlamağa da cürət edib.

"Elə bir vəziyyət yarana bilər ki, mən məcbur olub dövlət vəzifəsini qəbul etməyi düzgün hesab edim. Ermənistanda qanun dövlət qulluqçularının ikili vətəndaşlığı və xaricdə əmlak sahibi olmasını qadağan edir. Bundan əlavə, dövlət vəzifəsini tutmaq üçün ölkədə bir müddət yaşamalı və bu müddət ərzində başqa vətəndaşlığınız olmamalıdır",- deyə Vardanyan müsahibəsində bildirib.

"Qarabağda dövlət vəzifəsini tutmağı planlaşdırırsınızmı?" sualını isə R. Vardanyan belə cavablandırıb:

"Xeyr. Mən mənəvi baxımdan da daxil olmaqla, tam fəaliyyət azadlığına malik olmaq istəyirəm. Bütün hallarda Qarabağ hələ də tam hüquqlu müəyyən statusa malik olmayan bir ərazidir və bu münaqişə hekayəsində mən Rusiyanı təmsil etmək istəmirəm.

   “Artsax”da əsas vəzifəniz kimi nələri görürsünüz?

- Qarabağda ölkənin və regionun təhlükəsizliyini gücləndirəcək güclü iqtisadiyyata və sosial institutlara malik uğurlu cəmiyyətin qurulması üçün şəraitin yaradılması. Bu mənada mənim əsas funksiyam öz təcrübəmdən (həm idarəçilik, həm də maliyyə) və əlaqələrimdən, o cümlədən danışıqlar aparmağı bilən bir insan kimi imkanlarımdan istifadə etməkdir ki, son dərəcə çətin vəziyyət şəraitində və dərin uzunmüddətli münaqişə nəticəsində min illərdir ermənilər Qarabağda yaşadığı torpaqlarını saxlamaq üçün hər şey edib.  Eyni zamanda, ksenofobiya və qarşılıqlı nifrətə deyil, bir-birinin yanında yaşamağı öyrənmək istəyinə arxalanaraq, qonşularla münasibətlər qurmağın çətin yoluna başlamağa çalışacam. Mən həmişə birləşməsi mümkün olmayan şeyləri birləşdirən insan olmuşam. Müharibədə iştirak etməmişəm, döyüşməmişəm, bu mənada mənimlə ünsiyyət Qarabağda müharibə keçmiş insanlarla əlaqədən daha asan ola bilər",- deyə erməni milyarder bildirib.

Onu da qeyd edək ki, R. Vardanyan  həm də "Troyka Dialoq" investisiya şirkətinin keçmiş sahibi olub. Moskvada yerləşən Skolkovo İdarəetmə Məktəbinin təsisçilərindən biridir.  Yeri gəlmişkən, 2006-cı ildə bu qurumun açılış mərasimində V.Putin də iştirak edib.

Hələlik  rəsmi Bakı Rusiya və Ermənistan vətəndaşı olan erməni milyarderin Azərbaycan ərazilərinə  qanunsuz səfəri və oradakı təxribatçı planlarını da bəyan etməsinə heç bir münasibət bildirməyib.

Elsevər Məmmədov

Araşdırmaçı jurnalist

 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı