Fransız tarixçi ermənipərəst konqresmeninin cavabını verdi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Fransız tarixçi ermənipərəst konqresmeninin cavabını verdi

Münaqişələr A- A A+

Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən fransız tarixçi, politoloq Maksim Qauen ermənipərəstliyi ilə tanınan ABŞ konqresmeni Frenk Pellonenin Ermənistan silahlı qüvvələri bölmələrinin ötən gecə törətdiyi genişmiqyaslı təxribatla bağlı çağırışını əhəmiyyətsiz adlandırıb.

Bu barədə Ednews-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, hər zaman olduğu kimi, Ermənistanın hərbi təxribatlarını “Azərbaycanın təcavüzü” kimi qələmə verməyə çalışan Frenk Pellone sosial şəbəkə vasitəsilə ABŞ Dövlət Departamentini və dövlət katibi Entoni Blinkeni bölgədə sülhün təmin edilməsi məqsədilə ATƏT-in Minsk qrupu ilə işləməyə çağırıb.

Maksim Qauen ermənipərəst konqresmenə belə şərhlə cavab verib: “Dedikləriniz tamamilə əhəmiyyətsizdir, ABŞ hökuməti belə bir şey etməyəcək və siz bunu bilirsiniz”.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...