Şəhid Namiq Məmmədli Bərdədə torpağa tapşırılıb - FOTOLAR - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Şəhid Namiq Məmmədli Bərdədə torpağa tapşırılıb - FOTOLAR

Münaqişələr A- A A+
Cəbhənin Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan, Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu, Namiq Ağaməmməd oğlu Məmmədlinin cənazəsi doğulduğu, Bərdə rayon Təhlə kəndinə gətirilib.
 
Ednews "bizim.media"ya istinadən xəbər verir ki, onunla vida mərasimi keçirildikdən sonra şəhid Namiq Məmmədli doğulduğu kəndin qəbirstanlığında dəfn edilib. Şəhidin dəfn mərasimdə rayon rəsmiləri, şəhidin silahdaşları, doğmaları və yüzlərlə rayon sakini iştirak edir.
 
Qeyd edək ki, E.Məmmədli Vətən müharibəsi iştirakçısı olub.
 
Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...