Rusiyada hərbi komissarlığın rəisi GÜLLƏLƏNDİ - VİDEO - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Rusiyada hərbi komissarlığın rəisi GÜLLƏLƏNDİ - VİDEO

Münaqişələr A- A A+
Rusiyanın Ust-İlimsk şəhərində hərbi komissarlığın rəisi Aleksandr Yeliseyev güllələnib. 
 
Ednews xəbər verir  ki,  bu  barədə  "Mash" teleqram kanalı məlumat yayıb. 
 
Bildirilir ki, naməlum şəxs komissarlığa gələrək, “heç kim döyüşməyəcək” deyib və ov tüfəngindən atəş açıb. Hadisə nəticəsində rəis  Aleksandr Yeliseyev  bir neçə güllə yarası alıb.  
 
Silahlı şəxs hadisə yerindəcə saxlanılıb. Məlumata görə, cinayəti  törədən şəxs  25 yaşlı yerli sakin Zinin Ruslandır. Yeliseyev hazırda reanimasiyadadır, həkimlər onun həyatı üçün mübarizə aparırlar.
 
Bundan əvvəl Başqırdıstan Respublikasında polisə hücum etməkdə ittiham olunan 42 yaşlı yerli sakinə hökm oxunub.
 
Bundan əvvəl Krasnoyarsk Kanskda naməlum şəxsin hərbi komissarlığı molotof kokteyli ilə yandırıb. Hadisə sentyabrın 24-nə keçən gecə baş verib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...