“Şimal axını” kəmərlərinin zədələnməsi ilə nəticələnən qəzalar və bu qəzalardan sonra baş verən sızmalar ABŞ kəşfiyyatın nəzarət etdiyi ərazilərdədir”.
Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Соловьев Live” YouTube şousunun efirində deyib.
“Hadisənin baş verdiyi ərazilərə gəlincə isə, bu İsveç və Danimarka ticarət-iqtisadi zonalarıdır. Bu həmin ərazilərdir ki, NATO-ya daxildir və ABŞ silahlı qüvvələri və ABŞ xüsusi xidmət orqanları tərəfindən qorunur” –deyə Zaxarova qeyd edib.