inlandiya hökuməti Rusiya vətəndaşları üçün sərhədin bağlanacağını elan edib.
Ednews xəbər verir ki, bununla əlaqədar olaraq müvafiq qərar qəbul edilib.
Qərar sentyabrın 30-dan etibarən qüvvəyə minəcək.
Qeyd olunur ki, qərara əsasən, Rusiya vətəndaşlarına Finlandiya tərəfindən verilmiş bütün turist vizaları, o cümlədən Şengen vizaları ləğv edilir. Rusiyalıların Finlandiya ərazisinə başqa ölkədən daxil ola bilməyəcəkləri bildirilib.
Finlandiya hökuməti Rusiya vətəndaşlarının yalnız iş və təhsil vizaları gələ biləcəyini və yaxın qohumlarına baş çəkə biləcəyini deyib.