Ukraynaya roket hücumu edilib - Ölənlər var - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Ukraynaya roket hücumu edilib - Ölənlər var

Münaqişələr A- A A+
Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 sakin həlak olub, daha 40 nəfər yaralanıb.
 
Ednews--un məlumatına görə, bu barədə “RBK-Ukraina” Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevə istinadən xəbər yayıb.
 
Zərbələr nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib.
 
"İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur", - Kurtev qeyd edib.
 
O, sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.
 
Xatırladaq ki, Rusiya hərbçiləri gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...