Xəbər verdiyimiz kimi Ukrayna Silahlı Qüvvələri Rusiya Ordusu tərəfindən ilhaq edilən Xerson vilayətini azad edib.
Ednews Bizim media-ya istinadən xəbər verir ki, Ukrayna əsgəri azad edilmiş Xersondakı evinə qayıdıb və burada onu nənəsi qarşılayıb.
Nəvəsini görüncə, yerə yıxılan nənə ilə hərbçinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, ölkə rəhbəri Zelenskinin müvafiq sərəncamından sonra hələlik hərbçilərin əraziyə girişinə icazə verilib.