İranın məhkəmə sistemi naməlum bir şəxsi hökumət əleyhinə son etirazlarda iştirak etdiyinə görə edam cəzasına məhkum edib.
Ednews xəbər verir ki, həmin həmin şəxs etirazlar zamanı hökumət binasının yandırılmasında təqsirli bilinib. Qeyd edək ki, bu rejimin Tehranda 22 yaşlı Məhsa Əmininin həbsdə öldürülməsi ilə başlayan ümummilli etirazlarda iştirak edənləri cəzalandırmaq üçün ölüm hökmündən istifadə etdiyi ilk məlum hadisədir.
İran Ədliyyə orqanlarının verdiyi məlumata görə, naməlum şəxs hökumət binasını yandırmaqda günahlandırılıb və "ictimai asayişi və rahatlığı, pozmaq və milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün əlbir olmaq" ittihamı ilə edam cəzasına məhkum edilib.
Məhkəmə qərarında həmçinin qeyd olunub ki, daha beş nəfər ictimai asayişi pozmaq və ya milli təhlükəsizliyə xələl gətirmək ittihamı ilə beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilib.
Elnur Ənvəroğlu