Taksim terrorunun arxasında duran qüvvələr PKK, ASALA, YPG... – Ekspertlərin ŞƏRHİNDƏ

Münaqişələr 12:01 15.11.2022

Türkiyədə Taksimdəki partlayışdan qısa müddət sonra törədilən terror hadisəsinə görə məsuliyyəti erməni ASALA terror təşkilatı öz üzərinə götürdü. Daha sonra Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu terror PKK tərəfindən həyata keçirildiyini dedi. Digər yandan isə S.Soylu ABŞ-ın başsağlını qəbul etmədiklərini bildirib. Şər qüvvələr Türkiyəni qorxu, panika içində saxlamaq istəyirlər.

Bəs, terror aktının fonunda hansı qüvvələr var?

Ednews bu barədə deputat və politoloqların fikirlərini öyrənib. Cavabları təqdim edirik:

Millət vəkili İqbal Məmmədov terrorun arxasında ermənilərin dayandığını vurğuladı.

"Terror hadisəsini Asala erməni təşkilatı törədib. Qardaş Türkiyə tək daxildə deyil, həm də Suriya və İraqda PKK, PYD, İŞİD, YPG kimi terror təşkilatları ilə də mübarizə aparır. Bu günə kimi xeyli sayda terrorçu zərərsizləşdirilib. Əminəm ki, düşmənlər layiq olduqları cəzanı alacaqlar. Bu gün PKK-nı dəstəkləyən ölkələr var. Amma onlar istədiklərinə nail ola bilməyəcəklər. Azərbaycan və Türkiyənin uğurlarını qəbul etməyən qüvvələr gec-tez cavablarını alacaqlar".

Politoloq Tofiq Abbasov açıqlamasında bildirdi ki, dövlətlər, xalqlar, sağlam ruhda olan qüvvələr onlar daha çox inteqrasiya haqqında düşünür, səylərini birləşdirir, konsolidasiya prosesini gücləndirirlər ki, qarşıda duran vəzifələrin öhdəsindən gəlsinlər.

“İqtisadi, sosial-siyasi zəmində həllini tapan məsələlər ilk növbədə stabilliyin möhkəmlənməsinə xidmət edir, digər tərəfdən də insanlarda əminliyi artırır ki, gələcək bir qədər təhlükəsiz olacaq, səksəsə olmayacaq. Belə olduğu halda terror qüvvələri də konsolidasiya haqqında düşünürlər. Dəfələrlə görmüşük ki, erməni və kürd terror təşkilatları türk toplumları qarşısında idbar planlar həyata keçirirlər”.

Politoloq terrorun əsas səbəblərindən biri kimi, 11 noyabrda Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilməyini qeyd edib:

“Terrorun əsəs səbəbi birincisi türk xalqında, toplumunda, birliyində xof yaratmaqdır. Bir neçə gün əvvəl Səmərqənd şəhərində türk dövlətlərinin təşkilatlarının 9-cu Zirvə görüşü keçirilidi. Orada bütün prezidentlər həm təhülkəsizlin güclənməsinə diqqət yetirdilər, həm də türk ariallarından kənarda yaşayan soydaşlarımızın qayğlarına toxundular. Azərbaycan Prezidenti İlham Əliyev bu haqda geniş və ətraflı danışdı. Türk dövlətlərinin birləşməsi, həmrəyliyin güclənməsi onlarda böyük qıcıq yaratdı”.

T.Abbasov terror hadisəsini quldur əməli olduğunu vurğulayıb:

“Düşmən qüvvələr Türkiyəni böyük təhlükə olaraq görürlər. Digər tərəfdən də insanları qorxu içində yaşamağa təşviq edirlər. İstanbuldakı terror quldur əməli, quldur hadisəsidir. Əslində bu terror aktı qınaq obyektinə keçirilməlidir.

Belə hadisələr bizi sındırmamalıdır. Türkiyədə baş verən bu hadisə bizi də dərindən ağrıdır. Dərindən heyfslənirik. Orda həlak olanlar elə bizim qohum qardaşlarımızıdır”.

Politoloq Turan Rzayevin sözlərinə görə terror hadisəsinin diqqətçəkən tərəflərindən biri də məhz Türkiyədə seçkilərə hazırlıqların getdiyi dövrdə baş verməsidir. Bu mənada terrorçu təşkilatın hədəfinin daxili siyasətə təsir etmək olduğunu demək mümkündür.

“Seçki öncəsi xüsusilə hakim AKP ilə HDP arasında ciddi danışıqların getdiyi məlumdur. HDP-nin AKP ilə danışıqları PKK-nı nəzərə almadan aparması mümkündür. Ümumiyyətlə, son zamanlar HDP və PKK arasında ciddi fikir ayrılıqları yaşanır. PKK Taksim teraktı ilə həm də HDP-yə mesaj verir: “HDP PKK maraqlarından kənara çıxmamalıdır!”

Politoloq Türkiyənin səssiz qalmayacağını deyib:

“Türkiyənin Taksim teraktına səssiz qalmayacağı məlumdur. PKK ilə mübarizə çərçivəsində daxili antiterror əməliyyatları intensivləşəcək. Bununla belə, Türkiyənin daxili işlər naziri Süleyman Soylunun partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyini açıqlaması da diqqət çəkir. Belə ki, PKK Türkiyədə fəaliyyət göstərsə də, PYD Suriyadadır. Soylunun açıqlaması həm də onu deməyə əsas verir ki, Ankara terrorun kökünü kəsmək və PYD-yə zərbə vurmaq üçün Suriyada yeni antiterror əməliyyatına başlaya bilər”.

Oğuz Ayvaz

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı