ABŞ Türkiyəni Suriyada hərbi əməliyyatlara dayandırmağa çağırıb.
Ednews “New Arab” xəbər agentliyinə istinadən xəbər verir ki, türk ordusunun Suriyada kürd silahlılarına qarşı hava hücumları barədə açıqlama verən ABŞ Dövlət Departamenti bölgədə vəziyyəti gərginləşdirən hər hansı hərbi əməliyyata qarşı olduğunu bildirib.
Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton hərbi əməliyyatların İŞİD ilə mübarizəyə mənfi təsir edəcəyi ilə bağlı narahatlığını Ankaraya çatdırıb.
“Buna görə də biz Türkiyəni Suriyada hərbi əməliyyatları dayandırmağa çağırırıq”.
Xatırladaq ki, ABŞ Suriyada terror təşkilatı İŞİD ilə mübarizədə YPG-Suriya Demokratik Qüvvələri ilə birgə əməkdaşlıq edir. Vaşinqtonun bu addımı müttəfiqi - Türkiyə ilə əlaqələrdə fikir ayrılığına səbəb olub. Eyni zamanda Rusiyanın Suriyada nümayindəliyi də Türkiyə hökumətini Suriyada həddən artıq hərbi güc tətbiq etməməyə və təkminli olmağa çağırıb.
Yunis Abdullayev