ABŞ Rusiya ilə müharibəyə hazırlaşır? – AÇIQLAMA - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

ABŞ Rusiya ilə müharibəyə hazırlaşır? – AÇIQLAMA

Münaqişələr A- A A+

ABŞ və NATO Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır

Ednews lenta.ru-ya istinadla xəbər verir ki, ekspert Viktoriya Nikiforova məqaləsində qeyd edib ki, NATO-nun Rusiyaya qarşı müharibəsi üzrə əməliyyat planı əsl böyük müharibə üçün tamamilə real plana çevrilib.

Ekspert bildirdi ki, hazırda ABŞ Müdafiə Nazirliyinin rəsmiləri bu barədə açıq danışmağa hazır deyillər, yəni Vaşinqton NATO və ABŞ-ın Rusiya ilə müharibə aparmadığını iddia edir .

"Birləşmiş Ştatlar bundan əvvəl 858 milyard dollarlıq müdafiə büdcəsini qəbul etmişdi və bunun böyük hissəsi “Rusiyanı məğlub etmək” üçün ayrılacaq. Bundan əlavə, hərbi-sənaye kompleksində yeni istehsal müəssisələrinin işə salınması, eləcə də ABŞ iqtisadiyyatının müharibə şəraitində yenidən qurulması Vaşinqtonun Moskva ilə münaqişəyə girmək niyyətindən xəbər verir"-deyə jurnalis bildirib.

Eyni zamanda məqalədə qeyd edilir ki, ABŞ öz məqsədlərinə çatmaq üçün keçmiş SSRİ-nin digər dövlətlərini də münaqişəyə cəlb edir və bu səbəbdən Rusiyanın bütün sərhədi boyu hücumlar gözləmək olar.

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...