"Xerson istiqamətində düşmən (Rusiya ordusu) Dnepr çayının sağ sahili boyunca yaşayış məntəqələrini atəşə tutmağı dayandırmır”.
Ednews “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Xüsusilə, Çernobaevka, Antonovka, Berislav, Zolotoy Balka və Xersonun mülki infrastrukturuna zərbələr endirilib, dinc sakinlər arasında zərərçəkənlər də var", - deyə məlumatda qeyd olunub.