“Baxmutu heç kim təslim etməyəcək. Bacardığımız qədər savaşacağıq”.
Ednews xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə birgə Kiyevdə Aİ-Ukrayna sammitinin yekunlarına dair mətbuat konfransında qeyd edib.
“Baxmutu öz qalamız hesab edirik. Sürətli silah, ən uzaqmənzilli silah olsa, hətta Baxmutdan uzaqlaşmayacağıq, həm də digər əraziləri azad edəcəyik”, - deyə Zelenski qeyd edib.
Kiyev rəhbəri bildirib ki, Ukrayna mümkün qədər tez uzaqmənzilli silahlar alarsa, ordu Baxmutdan uzaqlaşmayacaq.